BSU-nun əməkdaşı bir sıra xarici universitetlərin sertifikatlarını qazanıb

Bakı Slavyan Universitetinin (BSU) pedaqoji fakültəsinin Pedaqogika və psixologiya kafedrasının müəllimi, Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin əməkdaşı Nurlan Məmmədov sentyabr-fevral ayları ərzində dünyanın bir sıra nüfuzlu universitetlərinin ixtisasartırma və təkmilləşdirmə proqramlarında uğurla iştirak edib.

 

Belə ki, dünyanın ən böyük distant təhsil platformalarından biri  olan “edX” platforması üzərindən pedaqoji məzmunlu dərslərə qatılan N.Məmmədov tədris proqramını uğurla başa vuraraq Amerika Birləşmiş Ştatlarının nüfuzlu Harvard Universitetinin müvafiq sertifikatını əldə edib.

 

Digər distant təhsil platforması olan “Coursera” platformasında xüsusi sillabus və akademik saatlara malik tam tədris proqramlarını sentyabr-dekabr ayları ərzində müvəffəqiyyətlə bitirən N. Məmmədov London Universitetinin  “İbtidai təhsildə İKT-nin tətbiqi”, İllinoys Universitetinin (ABŞ) “Pedaqogikada yeni prinsiplər və modellər”, Uesleyan Universitetinin (ABŞ) “Sosial psixologiya”, Miçiqan Universitetinin (ABŞ) “Sosial iş praktikası” üzrə kurslarını da tam həcmdə başa vuraraq beynəlxalq sertifikatlar qazanıb.

 

Eyni zamanda BSU-da ali təhsilin doktorantura səviyyəsində təhsil alan N.Məmmədov Rusiya Federasiyasının Tomsk Dövlət Universitetinin və Böyük Pyotr adına Sankt-Peterburq Politexnik Universitetinin dərslərini yüksək göstəricilərlə bitirərək fərqlənmə nişanlı beynəlxalq sertifikatlara layiq görülüb. Bundan əlavə o, kibertəhlükəsizlik, sosial media, marketinq və İKT sahələrində dünyanın aparıcı koorporasiyalarından olan “IBM”, “Facebook” və “Google” tərəfindən də müvafiq sertifikatlar əldə edib.



18.03.2021 | 15:26