UNEC-in iki komandası Teknofest-2021 festivalına hazırlaşır

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) iki komandası dünyanın ən mühüm texnologiya festivallarından biri sayılan Teknofest 2021-də iştirak edəcək.

 

UNEC-dən bildirilib ki, rəqəmsal iqtisadiyyat və mühəndislik fakültələrinin tələbələrinin təmsil olunduğu komandalar “Pilotsuz uçuş aparatları” və “İnsanlığa faydalı texnologiyalar” kateqoriyalarına aid ideyalarını təqdim ediblər.

 

TEKNOFEST Türkiyə Texnologiya Vəqfi və Türkiyə Sənaye və Texnologiya Nazirliyinin birgə dəstəyi ilə təşkil olunur. Əsas məqsəd “Milli texnologiya həmləsi” devizi altında milli texnologiyaların təkmilləşdirilməsinə dəstək olmaqdır.

 

Yarışda 34 kateqoriya müəyyən edilib. 21-26 sentyabrda aydınlaşacaq qalib komandalara 4 milyon Türkiyə milli pul vahidi dəyərində mükafat təqdim olunacaq.

 

Universitet komandalarının hazırlıq və koordinasiya prosesi UNEC Karyera Mərkəzi tərəfindən həyata keçirilir.

 



19.03.2021 | 14:52