Türkiyəli professor ADAU tələbələrinə mühazirə oxuyub

Türkiyənin Alaaddin Keykubad adına Alanya Dövlət Universitetinin İqtisadi və İdari Elmlər fakültəsinin iqtisad bölüm rəhbəri, professor Harun Uçak Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) tələbələrinə “İnteqrasiya nəzəriyyəsi və Avropa İttifaqı təcrübəsi” mövzusunda onlayn mühazirə oxuyub.

 

ADAU-dan bildirilib ki, mühazirədə universitetin professor-müəllim heyəti də iştirak edib.

 

Türkiyəli professora minnətdarlığını çatdıran ali məktəbin tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov universitetlərarası qarşılıqlı əməkdaşlığın zəruriliyini qeyd edib.

 

Mühazirədə H.Uçak inteqrasiya və onun mərhələlərindən,  Türkiyə-Avropa İttifaqı münasibətlərindən, bu sahədə Gömrük Təşkilatının rolundan, Azərbaycanın bölgədəki əhəmiyyətindən geniş bəhs edib. İqtisadiyyatın inkişafında ticarətin rolu vurğulanıb. Mühazirədə həmçinin Çinin dünya bazarındakı mövqeyi və tarixi “İpək Yolu”nun imkanları da qeyd edilib.

 

Sonda müəllim və tələbələrin  sualları cavablandırılıb.

 

 



19.03.2021 | 17:26