Türkiyənin Fırat Universitetinin əməkdaşları ilə görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) İnnovasiyalar Mərkəzinin koordinator və mentorları ilə Türkiyə Cümhuriyyəti Fırat Universitetinin Texnoloji AR-GE Sahibkarlıq Tələbə Toplumu arasında görüş keçirilib. 

 

Universitetdən bildirilib ki, görüşün əsəs məqsədi mərkəzin əlaqələrini genişləndirmək və iki ali məktəb  arasında əməkdaşlığı daha da gücləndirmək olub. İnnovasiyalar Mərkəzinin koordinatoru Elvin Ağayev bu əlaqələrin iki tərəf üçün səmərəli olacağına, tələbələrin keçiriləcək seminar, təlim və layihələrdə iştirak etmələrinin onlar üçün böyük təcrübə qazanılmasına kömək edəcəyini bildirib.
Ar-Ge idarəetmə sədri Çağatay Yılmaz  mərkəzdəki gənclərin bir çox layihə üzərində işləməsini yüksək qiymətləndirib.

 

Görüşdə gələcəkdə Fırat Universiteti ilə ADAU arasında əməkdaşlıq çərçivəsində bir çox layihələrin təşkili ilə bağlı müzakirələr aparılıb.

 

 



22.03.2021 | 14:27