Rəqəmsal marketinq sertifikat proqramına start verilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rəqəmsal marketinq sertifikat proqramına start verilib.

 

Ali məktəbdən  bildirilib ki, proqrama qoşulanlar peşəkar səviyyəyədək rəqəmsal marketinqə aid müasir biliklərə sahib olacaq və proqramın sonunda rəsmi təsdiqlənmiş sertifikat əldə edəcəklər.
2 ay boyunca davam edəcək 48+ saatlıq praktiki proqram beynəlxaq təcrübə əsasında "Dinlə - Öyrən - Tətbiq et" metodu ilə tərtib edilib. Təlimdən sonra 2 ay boyunca iştirakçılara real icra prosesində mentorluq dəstəyi göstəriləcək. Proqramda rəqəmsal marketinqdə hədəfləmə, ölçmə, Google Ads, Facebook və Instagram reklamları, Re-marketinq texnikaları, Google Analytics, Axtarış Sistemləri Optimizasiyasının (SEO Search Engine Optimization) təməl bilgilərinin əks olunduğu 24-dən çox mövzu əhatə olunub. Online təlim rəqəmsal marketinq üzrə Facebook və Google tərəfindən rəsmi akkreditasiya olmuş mütəxəssis Ramil Cabbarov tərəfindən aparılacaq.

 

Qeyd edək ki, UNEC Rəqəmsal Marketinq Mərkəzi və Karyera Mərkəzinin rəhbəri olan Ramil Cabbarov hazırda 3 qlobal və 5 yerli şirkətin rəqəmsal marketinq fəaliyyətini həyata keçirir, eləcə də bir sıra şirkət və qurumlara bu istiqamətdə konsultasiya xidməti göstərir.

 

 



30.03.2021 | 13:30