Təhsil İnstitutunun direktoru ADPU-da olub

Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru Rüfət Əzizov Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.

 

Qonaqla görüşən ADPU-nun rektoru, professor Cəfər Cəfərov Təhsil İnstitutu ilə universitet arasında elmi-pedaqoji sahədə uzun müddətdir davam edən əməkdaşlıq və ortaq layihələrin icrasından söz açıb, STEAM, inklüziv təhsil sahəsində tədris modullarının və təlim-metodiki vəsaitlərin hazırlanması sahəsindəki əməkdaşlığı yüksək qiymətləndirib.

 

Təhsil İnstitutunun direktoru R.Əzizov görüş üçün təşəkkür edərək  universitetin ölkəmizdə təhsilin məzmunu və metodikası, o cümlədən müasir təhsil islahatlarında önəmli elmi-metodiki mərkəz olduğunu bildirib. O, ADPU ilə çoxşaxəli elmi-pedaqoji əməkdaşlığın verəcəyi faydalara da toxunub.

 

Görüşdə ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, rektorun müşaviri Ümid Mehdiyev və Magistratura və doktorantura şöbəsinin müdiri professor İbrahim Bayramov iştirak ediblər.

 

Bakalavriat səviyyəsində tədrisin təşkilinin müasir metodları, müvafiq sahələr üzrə tədris modullarının tətbiqi, magistratura və doktorantura səviyyəsində yüksəkixtisaslı pedaqoji kadrların, metodistlərin hazırlanması ilə bağlı fikir mübadiləsi olub. ADPU və Təhsil İnstitutu arasında qarşılıqlı əlaqələrin mövcud vəziyyəti, həmçinin gələcək perspektivləri də müzakirə edilib.

 



30.03.2021 | 17:00