Avropa İttifaqının təhsil proqramları haqqında vebinar keçirilib

Yerli ali təhsil müəssisələri üçün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycandakı Milli Erasmus+Ofisinin direktoru Pərviz Bağırovun təqdimatında onlayn vebinar keçirilib.

 

Vebinarın məqsədi Avropa İttifaqının (Aİ) təhsil proqramlarında növbəti illərdə tətbiq olunacaq yeniliklər ilə əlaqədar ali təhsil müəssisələrini məlumatlandırmaq, o cümlədən ERASMUS+ proqramının Azərbaycan universitetləri üçün yaratdığı imkanlar, mövcud proqramlar (ERASMUS Mundus, Jean Monnet və digər) və onlara qəbul şərtləri ilə bağlı ali məktəb nümayəndələrini maarifləndirmək olub.

 

Onlayn vebinarda 20-ə yaxın ali təhsil müəssisəsindən 80-ə yaxın nümayəndə iştirak edib. Tədbirdə Milli Erasmus+ Ofisi tərəfindən yeni ERASMUS Mundus proqramı (2021- 2027) haqqında  təqdimat nümayiş edilib.

 

Vebinarın videoyazısı aşağıda təqdim edilir.

 

 



31.03.2021 | 11:43