"İkinci Qarabağ müharibəsinin siyasi və hüquqi nəticələri" mövzusunda beynəlxalq konfrans

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "İkinci Qarabağ müharibəsinin siyasi və hüquqi nəticələri" mövzusunda beynəlxalq veb konfrans keçirilib.

 

Akademiyadan bildirilib ki, konfrans Suxumi Dövlət Universiteti (Gürcüstan) ilə birgə təşkil olunub.

 

Tədbirdə akademiyanın Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri, hüquq elmləri doktoru, professor, fövqəladə və səlahiyyətli səfir Namik Əliyev, Suxumi Dövlət Universitetinin rektoru, Gürcüstan Təhsil Elmləri Akademiyasının prezidenti, fövqəladə və səlahiyyətli səfir Zurab Xonelidze, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi yanında MDB və Baltikyanı ölkələr şöbəsinin keçmiş müdiri, birinci dərəcəli dövlət müşaviri, siyasi elmlər doktoru Tatyana Poloskova, Beynəlxalq "Şərq-Qərb" Geopolitik Proqnozlaşdırma Mərkəzinin prezidenti, Siyasi Araşdırmalar Dərnəyinin direktoru (Qazaxıstan) Karlıgaş Nuğmanova, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun direktoru, professor Aytən Mustafazadə, Ruslan Şevçenko (Moldova), Şəlalə Həsənova (Azərbaycan), Arif Quliev, Alexander Manaçinski (Ukrayna), araşdırmaçı jurnalist Gintaras Visockas (Litva), Suxumi Dövlət Universitetinin dosenti Quram Markuliya və müxtəlif ölkələrdən bir çox görkəmli alim və tədqiqatçılar məruzə ilə çıxış ediblər.

 

Məruzələrdə Azərbaycanın 44 günlük müharibədəki qələbəsi, müharibənin geo-siyasi nəticələri, Vətən müharibəsinə aparan tarixi yol, beynəlxalq hüquq böhranı və s. mövzulardan bəhs  olunub.

 



31.03.2021 | 15:29