Niderland alimi AzMİU-da PYT metodunun tətbiqini anladıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)  professor-müəllim heyəti üçün dərslərdə PYT metodunun (Problemyönümlü təhsil) tətbiqinə dair növbəti onlayn vebinar keçirilib.

 

Universitetdən bildirilib ki, vebinar Niderlandın Maastricht Universitetinin professoru Uim Groot və AzMİU-nun strateji inkişaf üzrə prorektoru Ülkər Səttarova tərəfindən aparılıb. Tədbirdə 20-dən çox müəllim iştirak edib.

        

Professor Groot öz prezentasiyasında PYT metodunun 12 əsas prinsipinin və keyslərin düzgün qoyuluşunun ətraflı izahını verib. Daha sonra Ü.Səttarova ötən ilin son üç ayını əhatə edən müddətdə PYT metodunun və ənənəvi metodun tətbiq edildiyi müxtəlif qruplarda tələbələrin göstəricilərinə dair statistikanı təqdim edib. Statistikaya əsasən müəyyən edilib ki, PYT metodu tətbiq olunan qruplarda tələbələrin imtahan nəticələri yüksək olub.

       

Vebinarın sonunda müəllimlər tərəfindən ünvanlanan suallar cavablandırılıb.

 

 

 



01.04.2021 | 16:22