Məktəblərin reytinqi yeni meyarlarla hesablanacaq

Yeni tədris ilindən etibarən məktəblərin reytinqi yeni meyarlarla hesablanacaq. Həmin meyarların hazırlanması istiqamətində iş tamamlanmaq üzrədir. Bu barədə təhsil naziri Ceyhun Bayramov “Azərbaycan müəlimi” qəzetinə açıqlamasında deyib: “Məktəblərin reytinqi müəyyənləşdirilərkən əsas göstərici olaraq 9-cu sinifdə buraxılış imtahanlarının nəticələri götürülürdü. Çünki hesab olunurdu ki, 11-ci sinifdə əlavə hazırlığın xüsusi çəkisi kifayət qədər yüksəkdir. Ancaq 9-cu sinifdə verilən imtahanların nəticələri daha çox məktəbin göstəriciləridir. 2018-2019-cu dərs ilindən başlayaraq məktəblərin reytinqi 9 və 11-ci siniflərdə buraxılış imtahanlarının nəticələri də daxil olmaqla, geniş təhlil nəticəsində müəyyənləşdiriləcək. Həmin meyarlar artıq hazırdır. Nazirlik daxilində bu istiqamətdə son işlər və müzakirələr gedir”.  

 

Ruhiyyə Daşsalahlı

 



14.06.2018 | 17:40