70 tələbəyə internet paketi, 5 tələbəyə 300 manat adlı təqaüd təqdim olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin  (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) pandemiya dövründə onlayn dərslərə qoşulmaqda maddi çətinlikləri olan növbəti 70 tələbəyə bir aylıq internet paketi ilə dəstək olub. Universitetdən bildirilib ki, növbəti aylarda da bu yardımlar davam edəcək.

 

Həmçinin 2020-2021-ci tədris ilinin payız sessiyasının nəticələrinə və  ictimai işlərdə fəallığına görə seçilən tələbələrdən beş nəfərinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) təsis etdiyi 300 azn məbləğində adlı təqaüd təqdim olunub.

 

Təqaüdü tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Cavidan Əyyubov,  kimya və biologiya fakültəsinin II kurs tələbəsi Kərim Əsgərov, filologiya fakültəsinin III kurs tələbəsi Çinarə Məmmədli, fizika fakültəsinin IV kurs tələbəsi Tükəzban Əhmədova, ibtidai təhsil fakültəsinin II  kurs tələbəsi Ləman İsgəndərova qazanıb.  

 



05.04.2021 | 10:20