“SABAH qrupları” layihəsi Nobel festivalının tərəfdaşıdır

Təhsil Nazirliyinin “SABAH qrupları” layihəsinin tərəfdaşlığı ilə “Gələcəyi ixtira edərkən” adlı II Orta Asiya Nobel Festivalı (Central Asia Nobel Fest) keçiriləcək. Nobel mükafatı laureatlarının və görkəmli alimlərin iştirakı ilə planlaşdırılan onlayn elmi simpozium  7-9 və 12-16 aprel tarixlərində baş tutacaq.

 

Qeyd edək ki, Orta Asiya Nobel Festivalı hər il 40 ölkədən minlərlə tələbə və professoru, 5 Nobel mükafatçısını, 3 İnkişaf Mükafatı laureatını, onlarla dünya alimini, eləcə də tanınmış mütəxəssisləri, beynəlxalq təşkilatların rəhbərlərini və əsas mütəxəssisləri bir araya gətirən misilsiz bir elmi və təhsil tədbiridir.

 

Festival çərçivəsində alimlər bütün Orta Asiya və Qafqazdan olan elmi ictimaiyyət və tələbələr üçün çıxış edəcəklər.

 

Çıxışları izləmək üçün qeydiyyat linki: <span "="" style="box-sizing: inherit;">https://nobel-fest.inpolicy.net/phone/index.html

 



05.04.2021 | 15:25