Azərbaycanla Qətər arasında ali təhsil sahəsində əlaqələrin inkişafı yolları müzakirə edilib

Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov bu ölkənin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Hammadi ilə görüşüb.

 

Azərbaycanın Qətərdəki səfirliyindən bildiriblər ki, görüşdə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri və onların inkişafı yolları müzakirə edilib.

 

Səfir Rəşad İsmayılov son illər həyata keçirilmiş layihələr haqqında danışıb. O, həmçinin Azərbaycanda təhsilin inkişafı istiqamətində atılan addımlar və xarici ölkə vətəndaşları üçün nəzərdə tutulan qrant proqramları barədə məlumat verib.

 

Azərtac

 

 



05.04.2021 | 18:00