Facebook və Google akkreditasiyasında uğur qazanan UNEC müəllimi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin direktoru, gənc müəllim Ramil Cabbarov dünyanın 3 böyük texnologiya və innovasiya şirkətinin sertifikasiyasını uğurla tamamlayaraq, bu istiqamətdə akkreditasiya olunmuş mütəxəssis statusunu qazanıb.

 

Universitetdən bildirilib ki, R.Cabbarov Facebook tərəfindən rəsmi “PearsonVUE” ventorluğu ilə keçirilən "Facebook Certified Digital Marketing Associate" ekspert imtahanını uğurla tamamlayaraq, Facebookun sertifikasiyalı rəqəmsal marketinq mütəxəssisi olub.

 

O, eyni zamanda Google platformasına aid 6 reklam yayımı istiqaməti üzrə imtahanların hər birindən müvəffəqiyyətlə keçərək, “Google reklamları üzrə sertifikasiyalı professional” (Google Ads Certified Professional) statusuna sahib olub.

 

R.Cabbarov təlim-tədris fəaliyyətində innovasiyasının tətbiqinə dair 2 texnologiya və innovasiya nəhənginin də akkreditasiyasına nail olub. Google şirkətinin rəsmi təhsilverən imtahanını uğurlu keçən R.Cabbarov “Google sertifikasiyalı Birinci dərəcəli müəllim” (Google Certified Educator: Level 1), eləcə də Microsoft şirkətinin “Sertifikasiyalı innovativ müəllim” (Certified Microsoft Innovative Educator) dərəcəsini qazanıb.

 

R.Cabbarova akkreditasiya olunduğuna dair təsdiq nişanlardan istifadə hüququ da verilib.

 

 



06.04.2021 | 14:25