"Çinin qədim dövlətləri" seriyasından - Sun İmperiyası”

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ənənəvi Çin bayramına  “Tsinmin”ə (Təmiz aləm bayramı) həsr olunmuş "Çinin qədim dövlətləri" seriyasından - Sun İmperiyası” adlı növbəti  elmi-tarixi seminar keçirilib. 

 

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov  Çinin parçalanmasına son qoyan imperiyanın əsas tarixi mərhələlərindən danışıb. 

 

Seminarda çıxış edən ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Sun İmperiyasının mövcudluğunun və nailiyyətlərinin tarixi hadisələrindən, Tszin dövlətinə qarşı mübarizə və monqolların hücumu, iqtisadi islahatlar, metallurgiya istehsalı və Çin gəmiçiliyinin inkişafı, Qərbi Asiya və Orta Asiya müsəlman dövlətləri ilə ticarətin genişləndirilməsi kimi mühüm hadisələrdən bəhs ediblər.  

 

Sonra Sun İmperiyasının ədəbiyyatı və incəsənəti haqqında diskussiya keçirilib, tələbələr Sun İmperiyasının tanınmış dövlət xadimi, "yeni siyasi kurs" ın müəllifi, şair Van Anşinin lirik şeirlərini də oxuyublar.

 

 



07.04.2021 | 16:45