Cənubi Koreyada Azərbaycan multikulturalizminin tədrisi

Cari ilin yaz semestrində Polsa, Rusiya, Gürcüstan, Rumıniya, İtaliya və Cənubi Koreyanın 6 nüfuzlu ali məktəbində təşkili nəzərdə tutulan Azərbaycan multikulturalizminin tədrisi onlayn dərslər şəklində gerçəkləşdirilir.

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən bildirilib ki, Cənubi Koreyada Azərbaycan multikulturalizminin tədrisi bu il ilk dəfə olaraq həyata keçirilir. Aprelin 1-dən  iyunun 25-dək davam edəcək mühazirələrdə Hankuk Universitetinin Azərbaycan və Türk dilləri ixtisası üzrə təhsil alan tələbələri iştirak edirlər. Həm bakalavr, həm də magistr pilləsi üzrə təhsil alan tələbələrin iştirak etdiyi dərslər Seul İcra Hakimiyyətinin İnsan Hüquqları və Mədəni Müxtəliflik Departamentinin direktoru Nihat Xəlilzadə tərəfindən  həftədə iki dəfə tədris olunur.

 

Cənubi Koreya ilə yanaşı, Rusiya və Gürcüstan universitetlərində də Azərbaycan multikulturalizmi kursunun yaz semestri üçün tədrisi davam edir. İvan Cavaxişvili adına Tbilisi Dövlət Universitetində mühazirələr David Gotseridze tərəfindən təqdim edilir.  Rusiyanın Ural Federal Universiteti və Ural Humanitar İnstitutunda isə Şanxay Əməkdaşlıq Təşkilatı Şəbəkə Universitetinə daxil olan çinli və tacikistanlı tələbələrə professor Aleksandr Nesterov mühazirələr oxuyur.

 

3 ay ərzində davam edəcək dərslərdə Azərbaycan multikulturalizmi modelinin özəllikləri, ölkədəki etnomədəni və konfessional müxtəliflik, multikulturalizmin dövlət siyasəti müstəvisində həyata keçirilməsi, bu modelin mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı qlobal rol mövzusunda geniş məlumat veriləcək, müzakirələr aparılacaq.



07.04.2021 | 17:40