Dövlət Proqramı məzunundan növbəti təlim proqramı

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda əldə etdikləri bilik və bacarıqların paylaşılması məqsədilə davamlı olaraq təlimlər keçirilir.

 

9 aprel saat 17:00-da baş tutacaq təlim proqramı “Sosial innovasiyalarda İsveçrə modeli” mövzusuna həsr edilib. Təlimçi yuxarıda qeyd olunan Dövlət Proqramı çərçivəsində İsveçrənin Cenevrə Beynəlxalq Universitetinin (İnternational University of Geneva) beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura pilləsindən məzun Günay Muxtarovadır.

 

Təlimdə iştirak etmək üçün müvafiq link  https://cutt.ly/kcOvpCI  vasitəsilə  qeydiyyatdan keçmək mümkündür.

 

Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

 

 



08.04.2021 | 09:45