Naxçıvan Müəllimlər İnstitutunda tələbələrin yeni startap layihələrinin təqdimatı

Naxçıvan Müəllimlər İnstitutunun İnnovasiya laboratoriyasının təşkilatçılığı ilə “Startap: İnnovativ gələcəyə doğru” mövzusunda maarifləndirici seminar keçirilib və tələbələrin yeni layihələrinin təqdimatı olub.  

 

İnstitutun rektoru Azad Novruzov startap layihələrinin müasir dövrümüzdə mahiyyəti və əhəmiyyətindən, bu layihələrin elmin, iqtisadiyyatın inkişafındakı rolundan danışıb, tələbələri startapla bağlı layihələrin, təqdimatların təşkilində fəal olmağa çağırıb.

 

Sonra institutun İnnovasiya laboratoriyasının aparıcı mütəxəssisi Səminə Rüstəmova startap layihələri, onların necə tərtib edilməsi, hansı mərhələlərdən təşkil olunması, təqdimatların hazırlanması istiqamətində maarifləndirici məlumat verib, ölkəmizdə və dünyada məhşur olan startap layihələri haqqında danışıb.

 

Konfransda startapçı tələbələr layihələrini təqdim ediblər.

 

Sonda institutun saytında startap layihələrinin qəbulu üçün nəzərdə tutulan “İdeya bankı” haqqında məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

 



08.04.2021 | 12:37