Müəllim və tələbələr üçün “Conversation Club”

Azərbaycan Texniki Universitetində (AzTU) müəllim və tələbələrin iştirakı ilə “Motivation and encouragement” mövzusunda “Conversation Club” keçirilib. 

 

Görüş AzTU-nun Dil mərkəzi və Tələbələrlə və abituriyentlərlə işin təşkili sektorunun birgə təşəbbüsü ilə təşkil olunub. 

 

Dil mərkəzinin müdiri Ərəb Tinayev ingilis dilində gündəlik həyatda ən çox istifadə olunan söz və ifadələri, həmçinin digər faydalı məlumatları iştirakçılarla bölüşüb.

 

Bildirilib ki, belə görüşlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, “Conversation Club”da iştirak ödənişsizdir.

 

 



08.04.2021 | 15:05