“Qazax ədəbiyyatı həftəsi” adlı kitab sərgisi

Qazaxıstan Respublikasının müstəqilliyinin 30 illiyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Qazax ədəbiyyatı həftəsi” adlı kitab sərgisi təşkil olunub. Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov sərginin açılışında iştirak edib.

 

MEK-dən bildirilib ki, sərgidə Qazaxıstanın tarixi, mədəniyyəti, eləcə də bir sıra digər sahələrini əhatə edən nəşrlər nümayiş olunur.

 

Nəşrlər sırasında “Летопись города Актау (2003-2008)”, “Modern Kazakhstan The Expo Legacy”, “The Planet of Friendship”, “Казахыстан это родина яблок (Кристофер Роббинс)”, “Mangistau”, “Политика Мира и Согласия (Нурсултан Назарбаев)”“KAZAKHSTAN AND OİC. Peace.Cooperation.Development”, bir neçə cilddən ibarət olan “Первый Президент Республики Казахстан НУРСУЛТАН НАЗАРБАЕВ Хроника деятельности” və digər kitablar yer alıb.

 

Qeyd edək ki, MEK tərəfindən yaxın zamanlarda həmin kitablar e-kataloqa daxil olunacaq,  elektron formada oxucuların istifadəsinə veriləcək.

 



09.04.2021 | 12:32