Universitetin Tədris-təcrübə təsərrüfatında ilk dəfə “Qumat” tətbiq olunur

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tədris-təcrübə təsərrüfatında ilk dəfə olaraq müxtəlif sort bitkilərdə və meyvə bağlarında qumat maye gübrəsinin tətbiqinə başlanılıb.

 

Universitetin Bağçılıq kafedrasının müdiri, dosent Hüseyn İdrisov bildirib ki, alınmış məhlul türkiyəli mütəxəssislərlə birgə  təyin olunan qida norması əsasında hazırlanıb. Həmçinin qeyd olunub ki, bu gübrə maye şəklində olduğuna görə bitkinin mineralları daha tez mənimsəməsinə və böyük sahələrdə daha az gübrə sərfiyyatına gətirib çıxarır.

 

Gübrə tərkibindəki makro və mikro elementlərin zəngin olmasıyla da digər gübrələrdən fərqlənir. Yerli mütəxəssislər tərəfindən aparılan təcrübələr nəticəsində belə müəyyən edilib ki, qumat gübrəsindən istifadə məhsuldarlığın artımına 30-35% müsbət təsir göstərir.

 

Qeyd edək ki, qumat məhlulu çoxlu çeşidə malikdir, lakin, ADAU-da tətbiq olunan maye gübrə sırf bölgənin iqlimi və torpağın şəraiti nəzərə alınaraq hazırlanıb. Əgər tətbiq sahəsi dəyişərsə, gübrənin tərkibi də yer və iqlim şəraiti nəzərə alınmaqla  mütləq dəyişməlidir.

 

 



10.04.2021 | 10:35