Coğrafiya İnstitutunda dissertantura və doktoranturaya qəbul imtahanı başa çatıb

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunda dissertantura və doktoranturaya qəbul imtahanı başa çatıb.

 

İnstitutun doktoranturasına Tarixi coğrafiya, Siyasi və rekreasiya coğrafiyası, İnsan coğrafiyası və Okeanologiya ixtisasları üzrə 3  nəfər  fəlsəfə doktoru hazırlığına qəbul olunub. 

 

Dissertanturaya fəlsəfə doktoru hazırlığı üzrə Tarixi coğrafiya, Siyasi və rekreasiya coğrafiyası, Regional coğrafiya,  İnsan coğrafiyası və Giziki coğrafiya ixtisasları olmaqla 4 nəfər qəbul edilib, 2 iddiaçı isə elmlər doktoru hazırlığı üzrə uğur qazanıb.  

 

Bu barədə institutdan bildirilib.

 



12.04.2021 | 12:07