"Urdu dilində danışıq klubu"

Bakı Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsi və Pakistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Zoom platforması üzərindən "Urdu dilində danışıq klubu" adlı vebinar keçirilib.

 

Görüşdə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee, şərqşünaslıq fakültəsinin urdu dili müəllimləri - Eldost İbrahimov, Amalya Paşayeva, fakültənin dekan müavinləri Nigar İsmayılzadə, Tərlan Məlikov və Şahin Yusifli, urdu dili ixtisası üzrə təhsil alan tələbələr və Azərbaycanın müxtəlif universitetlərində təhsil alan pakistanlı tələbələr iştirak ediblər.

 

Səfir Bilal Hayee Azərbaycan-Pakistan dostluq əlaqələrindən danışaraq, urdu dili öyrənən tələbələrin də bu əlaqələrə töhfə verəcəyinə inandığını bildirib.

 

Vebinarda çıxış edən şərqşünaslıq fakültəsinin urdu dili müəllimi Eldost İbrahimov Azərbaycan-Pakistan əlaqələrinin tarixi köklərinə toxunub, BDU haqqında məlumat verib.

 

Vebinarda  urdu dili ixtisası üzrə təhsil alan tələbələr də çıxış ediblər.

 

Sonda  səfir Bilal Hayee iştirakçıların suallarını cavablandırıb.

 



12.04.2021 | 15:19