Şagirdlər UTECA ixtisasları ilə tanış olublar

Azərbaycan Texnologiya Universitetinin (UTECA) iqtisadiyyat və idarəetmə fakültəsi Gəncə şəhər 28 saylı orta məktəbin 10, 11-ci sinif şagirdləri və müəllimlərinin iştirakı ilə onlayn görüş keçirib.

 

Görüşdə UTECA rektorunun müşaviri, millət vəkili Müşviq Cəfərov, fakültə dekanı Nüşabə Hacıyeva, kafedra müdirləri Mamed Urkayev, Xalidə Ağayeva, Könül Vəliyeva şagirdlərə kafedraların fəaliyyəti, universitet və ixtisaslar haqqında geniş məlumat verib. 

 

Şagirdlərə həmçinin, gənc müəllimlər tərəfindən ayrı-ayrı ixtisaslar üzrə hazırlanmış və Facebook, Instagram sosial şəbəkələrində paylaşılmış posterlər barədə bilgilər də çatdırılıb, UTECA ixtisaslarına dair məlumatların əlçatanlığı üçün baş vura biləcəkləri elektron resurslar təqdim edilib. Eyni zamanda iqtisadiyyat və idarəetmə fakültəsi tərəfindən təşkil olunmuş “Virtual məktəb” layihəsində iştirak üçün şagirdlərə müraciət ünvanlanıb.

 

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 



13.04.2021 | 15:42