"Nizami Gəncəvinin əsərlərində qadın obrazları"

Bakı Slavyan Universiteti (BSU) rəhbərliyinin dəstəyi və pedaqoji fakültənin Praktik rus dili və onun tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə "Nizami Gəncəvinin əsərlərində qadın obrazları" adlı ədəbi-musiqili tədbir keçirilib.

 

Microsoft Teams platformasında təşkil olunan tədbirdə BSU-nun prorektorları, fakültə dekanları, dekan müavinləri, kafedra və şöbə müdirləri, digər müvafiq struktur bölmələrin məsul şəxsləri, professor-müəllim heyətinin nümayəndələri, tələbələr iştirak ediblər.

 

Ədəbi-musiqili tədbirdə pedaqoji fakültənin Rus dili və ədəbiyyatı müəllimliyi ixtisasının II tədris ilinin 201-ci qrup tələbələri- Aysel Hüseynzadə, Ləman Behbudlu, Aytac Bağırova, Sevinc Abdullayeva, I tədris ilinin 102-ci qrup tələbəsi Səriyyə Məmmədova, 103-cü qrup tələbələri- Aydan Şahverdiyeva, Ayşən Əliyeva, Şəhanə Məmmədova, 105-ci qrup tələbəsi Cəmilə Rüstəmova, 106-cı qrup tələbələri-Pünhanə Hüseynova, Səma Abbaszadə, Əminə Dərzili Azərbaycan xalqının dünya şöhrətli şairi Nizami Gəncəvinin şeirlərini səsləndiriblər. Tələbələrin çıxışları maraqla qarşılanıb.

 

Tədbirdə həmçinin, böyük şairin əsərləri əsasında bəstələnmiş mahnı və romanslar səsləndirilib.

 

BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, pedaqoji fakültənin dekanı vəzifəsini icra edən, dosent Şərqiyyə Həsənova, Praktik  rus dili və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Mehriban Hüseynova, həmin kafedranın dosenti Mehri Axundova, baş müəllimi  Ərkinaz Məmmədhəsənzadə tələbə-gənclərin çıxışlarını yüksək qiymətləndirərək onlara təhsillərində və sosial fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıblar.

 



13.04.2021 | 16:14