UNEC-də təkrar ali təhsil almaq üçün sənəd qəbulu aparılır

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2021/2022-ci tədris ilində təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edib.

 

Ali məktəbdən bildirilib ki, UNEC-də iqtisadiyyat, texniki və texnoloji ixtisaslar üzrə bakalavr pilləsində ümumilikdə 22 ixtisasa təkrar ali təhsil üzrə ödənişli əsaslarla tələbə qəbulu aparılır. UNEC-in Zaqatala filialında isə qəbul 7 ixtisas üzrə həyata keçirilir.

 

Təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydadadır (http://www.kabinet.unec.edu.az/). Qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron olaraq  təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanırlar. Təkrar ali təhsil almaq hüququ qazanacaq şəxslər üçün hazırkı vəziyyətə uyğun olaraq tədrisin distant formada təşkili istisna edilmir.

 

Sənədlərin qəbulu 2021-ci il aprel ayının 15-dən iyul ayının 1-dək aparılacaq.

 

Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

 

 



14.04.2021 | 16:21