Ukraynanın İnfrastruktur naziri ADAU-da

Ukrayna Respublikasının  İnfrastruktur  naziri  Vladislav Krikliya Gəncə şəhərinə səfəri çərçivəsində nümayəndə heyəti ilə birlikdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

 

Görüşdə universitetin rektoru, professor İbrahim Cəfərov ADAU-nun analoqu olmayan yeni tədris korpusu, təhsil müəssisəsinin maddi-texniki bazası, beynəlxalq əlaqələrinin inkişafı, ikili diplom proqramları haqqında ukraynalı naziri ətraflı məlumatlandırıb.  

 

Nazir Vladislav Krikliya universitet barədə təəssüratlarının müsbət olduğunu, Odessa Dövlət Aqrar Universiteti ilə başlayacaq əməkdaşlığın da gələcək əlaqələrin inkişafına böyük səmərə verəcəyini bildirib. 
Sonra Odessa Dövlət Aqrar Universitetinin rektoru, baytarlıq elmləri doktoru, professor Mixayıl Broşkov əməkdaşlıq və gələcək imkanlar barəsində geniş məlumat verib, ADAU ilə yaxın əlaqələr qurmaqda maraqlı olduqlarını söyləyib.

 

Sonda müəllim, tələbə mübadilələri, dərsliklərin birgə yazılması, ixtisaslaşmış şuraların yaradılması barədə əməkdaşlıq memorandumu imzalanıb. 

 



15.04.2021 | 11:08