Səfir Qo Min UNEC-ə kitablar hədiyyə edib

Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi Çin ilə Azərbaycanın diplomatik münasibətlərinin  29-cu ildönümü və Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) kitablar hədiyyə edib.

 

Qədim Şərq ölkəsinin tarixi, mədəniyyəti, ədəbiyyatı, elmi, fəlsəfəsi, siyasəti, iqtisadiyyatı və texnologiyasından bəhs edən kitablar UNEC Kitabxana İnformasiya Mərkəzinə təqdim olunub.

 

Çinin Azərbaycandakı səfiri xanım Qo Min UNEC rektoruna ünvanladığı məktubda kitabların oxuculara böyük Şərqin qədim ölkəsinin zəngin tarixi və mədəniyyəti ilə tanış olmaq, müasir Çinin əsas inkişaf tendensiyalarını yaxından izləmək baxımından əhəmiyyətli olacağını bildirib. Səfir kitabların hər iki ölkənin gəncləri arasında qarşılıqlı anlaşmanın və ənənəvi dostluq münasibətlərinin möhkəmləməsində mühüm rol oynayacağından əminliyini ifadə edib.



15.04.2021 | 13:24