“AzerGold” mütəxəssisi tələbələrə seminar keçib

"AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün seminar keçirilib.

 

Müəssisənin Sağlamlıq və əməyin təhlükəsizliyi şöbəsinin müdiri Rüfət Əliyev tərəfindən aparılan seminar “İstehsalat və xidmətin təşkili zamanı sağlamlığın qorunması və təhlükəsiz iş şəraitinin yaradılması” mövzusunda təşkil olunub. 

 

Zoom platforması üzərindən onlayn qaydada keçirilən seminarda tələbələrlə yanaşı, universitetin professor-müəllim heyəti də iştirak edib. 

 

Tədbirin sonunda fikir mübadiləsi aparılıb, tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

 



16.04.2021 | 14:13