Gömrük Akademiyasının komandası II yeri qazandı

Dövlət Gömrük Komitəsinin Akademiyasının "Enactus" komandası “Enactus Azərbaycan” proqramı çərçivəsində Gənclər Fondunun maliyyə dəstəyi və  Tələbə Gənclər Təşkilatları İttifaqının  (ATGTİ) tərəfdaşlığı ilə 18 universitet arasında keçirilən “Enactus Azərbaycan Yaz Məktəbi”nin daxilində təşkil olunan onlayn milli çempionatda 2-ci yeri qazanıb. Komanda bu çempionatda "KhariSell" layihəsi ilə çıxış edib.

 

Bu barədə akademiyadan bildirilib.
    

Qeyd edək ki, adıçəkilən komanda "KhariSell" adını “Xarıbülbül”dən götürüb. Məqsəd qalib ölkənin vətəndaşı olaraq milli, mədəni sərvətlərin təbliği və tanıdılmasıdır.

 

Layihə çərçivəsində Qarabağdan olan yaradıcı qadınlara xalça toxumaq öyrədiləcək və onların əl işlərinin satışı təşkil olunacaq.

 

 



19.04.2021 | 14:36