“Dərs vaxtı”nda müəllimlərimiz suallarınızı cavablandıracaq

Aprelin 24-dən etibarən “Dərs vaxtı”nda yeni formatda dərslərin yayımına başlanılır.

 

Əziz şagirdlər, bu dəfə müəllimlərimiz canlı yayım vasitəsi ilə sizi maraqlandıran suallara aydınlıq gətirəcək, çətinlik çəkdiyiniz məsələləri, açıq tipli və situasiya tapşırıqlarını, qavranılması çətin olan mövzuları izah edəcəklər.

 

Sözügedən dərslər hər şənbə günü saat 11:00-da Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

 

Sizi düşündürən sualları canlı yayım zamanı feysbuk postunun rəy bölməsində qeyd edə və yaxud [email protected] elektron ünvanına yazıb göndərə bilərsiniz. 

 

Dərsləri “Dərs vaxtı”nda izləməyi unutmayın!



22.04.2021 | 12:12