Təhsil Nazirliyinin saytı yenilənib

Təhsil Nazirliyinin rəsmi internet saytı müasir iş prinsiplərinin və innovativ yeniliklərin tətbiqi məqsədilə yenilənib. Sayt iki aya yaxın müddətdə test rejimində istifadəyə verilmişdi (https://edu.gov.az).


Saytda nazirliyin fəaliyyət istiqamətləri haqqında yenilənmiş məlumat bazası mövcuddur, həmçinin sayta bütün cihazlarda düzgün baxılması təmin edilib. Əsasən xidmət yönümlü olan saytda yeni funksional alətlərdən istifadə olunub. Yeniliklərdən biri də odur ki, oxucu gün ərzində sayta yerləşdirilən xəbərlərin sayını vizual olaraq görə biləcək. 


Elektron və informativ xidmətə əlaçatanlığın təmin edilməsi məqsədilə həmin xidmətlər əsas səhifədə yerləşdirilib. Sadə və müasir dizayn üslubda yenilənmiş sayta filtr üzrə axtarış sistemi, şəhər (rayon) təhsil şöbələrinin saytlarına keçid, "Şəxsi kabinet" kimi əlavələr edilib.


Saytın daha da təkmilləşdirilməsi istiqamətində işlər davamlı aparılacaq.

 

Qeyd edək ki, yenilənmiş saytda əvvəlki versiyaya da keçid əlavə olunub. 

 

 



23.04.2021 | 17:40