YAP Gənclər Birliyinin üzvləri Bakı Ali Neft Məktəbində

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Elmar Qasımov YAP Gənclər Birliyinin üzvləri ilə görüş keçirib.

 

Görüşdə YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, sədr müavinləri Sevinc Qasımova və Fəsli Nəbiyev, həmçinin birliyin üzvləri iştirak ediblər.

 

Görüş iştirakçılarına təhsil ocağında yaradılmış tədris şəraiti, buradakı maddi-texniki baza, sosial infrastruktur və tədqiqat mühiti ilə bağlı ətraflı məlumat verilib, kampus ərazisində tur təşkil edilib. 

 

E.Qasımov YAP-ın sıralarına üzv olan gənclərin hər zaman ictimai-siyasi mühitdə yetişdiyini qeyd edib, partiyanın müasir Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında əvəzsiz rolundan danışıb.

 

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bu cür görüşlərin əhəmiyyətini vurğulayıb, BANM-in  ölkənin sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında təhsil almış ingilisdilli mütəxəssislərə olan ehtiyacının ödənilməsində vacib rol oynadığını bildirib.

 

Görüş iştirakçıları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi ilə yekunlaşıb.

 



27.04.2021 | 13:50