“Gənc müəllimlər”in seminarları başlayıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) ixtisasartırma fakültəsinin dekanı, dosent Cəmilə İmaməliyevanın təşkilatçılığı  ilə “Gənc müəllimlər” məktəbinin 2021-ci il üçün nəzərdə tutulmuş seminarlarına start verilib.

 

60-dan çox gənc müəllimin qatıldığı ilk seminar AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tərəfindən keçirilib və  “Müasir dövrdə ali təhsilin vəziyyəti və əsas inkişaf istiqamətləri” mövzusuna həsr olunub.  

 

Rektor dəyərli fikirlərini gənc kadrlarla bölüşüb, onlara məsləhət və tövsiyələrini verib.  Gənclərin yaşlı nəslin nümayəndələrinə nisbətən  müasir təfəkkürlü olduqlarını, yeni informasiya-kommunikasiya texnologiyaları ilə işləməyi bacardıqlarını vurğulayaraq, dərs prosesində belə kreativ metodlardan istifadənin əhəmiyyətinə toxunub. Ali məktəbin rəhbəri gənclərə məsləhət görüb ki, dərslərin keyfiyyətinin artırılmasında  praktik dərslərə daha çox üstünlük versinlər.

          

Seminar mövzu ətrafında maraqlı diskussiya ilə davam edib.

 

 



28.04.2021 | 11:28