Şahmat turnirinin qalibi olan tələbələr mükafatlandırılıb

Azərbaycan Texnologiya Universiteti (UTECA) və “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Sahmat məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümunə həsr edilmiş UTECA tələbələrindən ibarət şahmat yarışının qalibləri mükafatlandırılıb.

 

Universitetdən bildirilib ki, fakültələrarası yarış 6 turdan ibarət olub. Chess.com platforması vasitəsilə təşkil olunan turnirə 50-yə yaxın tələbə qatılıb.

 

Yarışda Yüngül sənaye mühəndisliyi ixtisasının tələbəsi Kamil Hacıyev bütün görüşlərdə qalib gələrək I yeri tutub. Kompüter mühəndisliyi ixtisasının tələbəsi Orxan Ələkbərov yarışın ikincisi, Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbəsi Taleh Abbasov isə 3-cüsü olub.

 

Yer tutan tələbələrlə görüş keçirilib, onlara  diplom və hədiyyələr təqdim edilib.

 

 



28.04.2021 | 14:20