UNEC Dizayn Məktəbinin Nizami Gəncəviyə həsr olunan sərgisi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Əzim Əzimzadənin Mənzil-muzeyi UNEC Dizayn məktəbi ilə birgə "Nizami ili" adlı tədbir-sərgi keçirib.

 

Tədbir-sərgi muzeyin direktoru İ.Əzimzadənin çıxışı ilə başlayıb. Bildirilib ki, Nizami öz lirikasında yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə yaddaşlara həkk olunmuş bir dühadır. 

 

UNEC Dizayn məktəbinin direktoru, dosent Lalə Məmmədova deyib ki, qəzəl və qəsidələr müəllifi kimi şöhrət qazanmış, ədəbiyyatımızın görkəmli nümayəndəsi Nizami Gəncəvi hər kəsin, xüsusilə də gənc və bacarıqlı tələbələrin qəlbində özünə möhkəm yer tutub.   

 

Sərgidə istedadlı tələbə rəssamların Nizami yaradıcılığından bəhs olunan rəngarəng, dərin mənalı əl işləri nümayiş etdirilib.

 

Rəsm əsərləri nümayiş olunan tələbələrə Əzim Əzimzadənin Mənzil-muzeyinin direktoru İ.Əzimzadə tərəfindən diplomlar təqdim edilib.

 

 



28.04.2021 | 17:45