BMU tələbəsi təcrübə keçdiyi müəssisədə işlə təmin olunub

Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Samirə Tahirova “Technoil” MMC-də işlə təmin olunub.

 

Universitetdən bildirilib ki, S.Tahirova adıçəkilən müəssisədə təcrübə proqramına qatılıb və proqram ərzində göstərdiyi üstün nəaliyyətlərinə görə “Technoil” MMC-yə işə qəbul edilib.

 

Qeyd edək ki, “Technoil” MMC Azərbaycan bazarında “Technol” ticarət markası altında fəaliyyət göstərir.  Bütün növ nəqliyyat vasitələri, minik və yük maşınları, motosikletlər, sərnişin və yükdaşıma gəmiləri üçün mühərrik, ötürücü qutu yağları istehsalını həyata keçirən zavod, eyni zamanda, sənaye məqsədli yağlar, reduktor yağları, hidravlik yağlar, müxtəlif növ sürtkü yağları və antifrizlər də istehsal edir.

 

 



03.05.2021 | 10:27