ADAU-da Tələbə məmnunluq sorğusu keçirilir

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbələrin tədrislə bağlı, o cümlədən imtahanların təşkilinə dair rəy və təkliflərini öyrənmək məqsədilə növbəti məmnunluq sorğusunun keçirilməsi qərara alınıb.

 

ADAU-dan bildirilib ki, bu təcrübə dünyanın aparıcı ali təhsil müəssisələrində geniş yayılıb və  təhsilin idarə edilməsi prosesində tələblərin rəy və təkliflərinin maksimum dərəcədə nəzərə alınmasında, idarəetmə qərarlarının səmərəliliyinin yüksəldilməsində mühüm rol oynamaqla, universitetlərin beynəlxalq akkreditasiyası prosesində də əsas göstəricilərdən biri kimi qəbul olunur.

 

Sorğu anonim keçirilır. Tələbələr obyektiv cavabları ilə pandemiya dövründə tədrisin keyfiyyətinin daha da yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi,  universitetdən məmnunluğun artırılması üçün rəhbərliyin vacib qərarlar qəbul etməsinə  yaxından köməklik göstərmiş olurlar.

 

Sorğu mayın 15-ə kimi davam edəcək. 

 

 



05.05.2021 | 10:10