"İki əsrin lideri"

Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının Bakı Slavyan Universiteti (BSU) ərazi ilk partiya təşkilatının və BSU-nun pedaqoji fakültəsinin Pedaqogika və psixologiya kafedrasının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən "İki əsrin lideri" adlı tədbir keçirilib.

 

YAP Nəsimi rayon təşkilatının BSU ərazi ilk partiya təşkilatının sədri, BSU-nun Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Sevinc Axundova bildirib ki, hər bir xalqın, millətin tarixində xilaskarlıq missiyasını həyata keçirən dahi şəxsiyyətlər olur:”Azərbaycan xalqının belə dahi şəxsiyyəti Ulu öndər Heydər Əliyevdir. Görkəmli  dövlət xadimi olan  Heydər Əliyev bütün həyatını xalqımızın inkişafına, dövlətimizin güclənməsinə həsr etmişdi; Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızı tənəzzüldən xilas edərək inkişaf, tərəqqi yoluna çıxarmışdı”.

 

“Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında yenidən Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra ölkəmizi vətəndaş müharibəsi təhlükəsindən xilas etdi və möhkəm daxili ictimai-siyasi sabitlik yaratdı. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının rəsmi milli ideologiyası kimi müəyyən etdiyi Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının həmrəyliyinin yaranmasında və onların vahid ideya ətrafında birləşmələrində, təşkilatlanmalarında mühüm rol oynadı. Ümummilli lider Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün səmərəli fəaliyyət göstərdi. Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsi ölkəmizin iqtisadi inkişafını təmin etdi, respublikamıza böyük iqtisadi və siyasi dividentlər gətirdi. Ulu öndər Heydər Əliyev mükəmməl dövlətçilik konsepsiyası işləyib hazırladı, həyatımızın bütün sahələrində islahatlar həyata keçirildi, elm və təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərildi, ölkəmizin beynəlxalq siyasi nüfuzu artdı”-deyə kafedra müdiri bildirib.  

 

Tədbirdə pedaqoji fakültənin Təhsildə sosial-psixoloji xidmət ixtisasının I tədris ili tələbəsi Aytən Həmidova "Heydər Əliyevin təhsilin inkişafına verdiyi töhfələr",  Pedaqogika və psixologiya kafedrasının müəllimi Günel  Səmədzadə "Heydər Əliyev irsində ailə dəyərləri", Təhsildə sosial-psixoloji xidmət ixtisasının I tədris ili tələbəsi Fərrux Dadaşov "Heydər Əliyevin liderlik fenomeni", Pedaqogika və psixologiya kafedrasının müəllimi Afaq Nəsibova "Heydər Əliyevin Nizami Gəncəvi irsinə verdiyi dəyər", beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Regionşünaslıq ixtisasının  I tədris ili tələbəsi Elxan Verdiyev "Heydər Əliyev və gənclər siyasəti" mövzularında məruzələrlə çıxış ediblər.

 

Tədbir böyük dövlət xadimi Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti ilə bağlı videoçarxın təqdim edilməsi ilə başa çatıb.

 



08.05.2021 | 14:04