Polimer Materialları İnstitutu ilə UFAZ arasında əməkdaşlıq imkanları

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Polimer Materialları İnstitutunda (PMİ) Azərbaycan-Fransız Universitetinin (UFAZ) nümayəndələri ilə görüş keçirilib.

        

PMİ-nin direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov təhsil-elm-istehsalat zəncirinin möhkəmləndirilməsinin əhəmiyyətindən, elm və təhsilin inteqrasiyası istiqamətində rəhbərlik etdiyi institutun universitetlərlə, o cümlədən UFAZ-la əməkdaşlığının vacibliyindən danışıb. O, institutda tələbələrin universitetdə əldə etdikləri biliklərini elmi tədqiqatlarla əlaqələndirmələri və təcrübi olaraq dərinləşdirmələri üçün hər cür şəraitin olduğunu bildirib.

 

UFAZ-ın əməkdaşları PMİ ilə birgə elmi-tədqiqat işləri və informasiya mübadiləsinin aparılması, tələbələrin elmi işə cəlb olunmaları, onlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişlərin formalaşdırılması istiqamətində gələcək perspektivlərdən söz açıb, əməkdaşlıq imkanlarının əhəmiyyətini vurğulayıblar.  

        

Tədbirdə PMİ və UFAZ arasında əməkdaşlıq imkanları müzakirə edilib, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti  və Strasburq Universiteti (Unistra) ilə birgə gələcək elmi layihələrin həyata keçirilməsi təklif olunub.

 

 

 



09.05.2021 | 10:21