BMU-da “Yaz Elm Festivalı”

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Yaz Elm Festivalı” keçirilib. Festivalın keçirilməsində məqsəd gənc istedadları üzə çıxarmaq, onlara stimul vermək və tələbələrdə elmə qarşı maraq yaratmaqdır.

 

Tədbirdə TEC-in elmi rəhbəri  Bəhman Məmmədov və TEC-in sədri Vüsalə Şahbazova çıxış edib, festival iştirakçılarına uğurlar arzulayıblar.

 

“Yaz Elm Festivalı”nda iştirak etmək üçün Azərbaycanın müxtəlif universitetlərindən tələbələr, eyni zamanda məktəblilər də müraciət ediblər. Müraciətlərə baxılıb və bəzi layihələr təqdimat mərhələsinə buraxılıb. Layihələr Zoom platformasında yaradılmış otaqlarda təqdim olunub.

 

Festivalın sonunda iştirakçılara uğurlu iştiraklarına görə elektron versiyada sertifikatlar verilib.

 

Festival qaliblərinin adları isə yaxın günlərdə açıqlanacaq. Bununla yanaşı, qarşıdakı günlərdə məktəblilərin layihələrinin təqdimatının keçirilməsi də nəzərdə tutulur.

 

Bu barədə BMU-dan bildirilib.

 

 



09.05.2021 | 11:09