“Sən elə bir zirvəsən” mahnı müsabiqəsi yekunlaşıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı onlayn respublika mahnı müsabiqəsinə yekun vurulub. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə baş tutub.

 

Müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında 2 yaş qrupunda (7-14, 15-20) xalq (muğam, təsnif) və bəstəkar mahnıları nominasiyaları üzrə 2 mərhələdə keçirilib.

 

Müsabiqəyə 256 ümumtəhsil məktəbi və 35 uşaq-gənclər inkişaf mərkəzindən 400-ə yaxın video daxil olub.

 

Münsiflər heyəti tərəfindən müəyyənləşdirilən qaliblər və fəal iştirakçılar Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplom və sertifikatları ilə təltif olunacaqlar.

 

Qeyd edək ki, müsabiqənin məqsədi böyüməkdə olan gənc nəsli Heydər Əliyev ideyaları ruhunda, onun zəngin irsi işığında tərbiyə etmək, ölkəmizin dövlət quruculuğu prosesində ümummilli liderin rolunu və xidmətlərini təbliğ etmək, uşaqları vətənpərvər ruhda yetişdirmək, istedadlı uşaq və gənclərin yaradıcılıq potensialını üzə çıxarmaqdan ibarət olub.

 

 



08.05.2021 | 10:49