I sinfə şagird qəbulu müvəqqəti dayandırılır | |
Birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) bayram günlərində fəaliyyətini müvəqqəti dayandıracaq.
Portal 8 may 18:00-dan 16 may saat 09:00-dək aktiv olmayacaq.
Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.
|
|
08.05.2021 | 13:54 | |
|
|
|