BMU tələbəsi “Fəal koordinator” fəaliyyətinə görə sertifikatla təltif edilib

Bakı Mühəndislik Universitetinin (BMU) memarlıq və inşaat fakültəsinin Memarlıq ixtisasının 3-cü kurs tələbəsi İlkin Quluzadə Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramında 2020-ci il üzrə “Fəal koordinator” fəaliyyətinə görə sertifikatla təltif olunub.

 

Sertifikat tələbəyə Təhsil Nazirliyi tərəfindən təşkil olunan tədbirdə təqdim edilib.

 

Universitetdən bildirilib ki, BMU tələbələri “Bir” Tələbə-Könüllü Proqramında fəal iştirak edirlər. Proqram tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərir. Könüllü olmaq istəyən tələbələr https://konullu.edu.az/ saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.  

 

 



08.05.2021 | 16:31