“Heydər Əliyev: elm, təhsil və mədəniyyətin himayədarı”

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)  “Heydər Əliyev: elm, təhsil və mədəniyyətin himayədarı” mövzusunda  Respublika elmi konfransı keçirilib.

 

Universitetin rektoru, professor Cəfər Cəfərov Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə elm və təhsilin inkişafında yaşanan böyük irəliləyişlərdən bəhs edib. Bildirib ki, Ulu öndər Azərbaycanda savadlı müəllim hazırlığına diqqət göstərmiş, azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsil almasına şərait yaratmış, ali təhsil müəssisələrinin sayının artırılmasına nail olmuş, tanınmış mədəniyyət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi, mədəni irsimizin dünyada təbliği üçün mühüm qərarlara imza atmışdır.

 

Tədbirdə universitetin elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov “Heydər Əliyev və Azərbaycan elmi”, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov “Heydər Əliyevin Azərbaycanda yüksək mədəniyyətli insanların formalaşmasında rolu”, ADPU-nun Riyazi analiz kafedrasının professoru Məlikməmməd Cəbrayılov  “Heydər Əliyev və Azərbaycan təhsili” mövzularında  çıxış ediblər.

 

ADPU-nun ibtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov və universitetin tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov məruzələr ətrafında öz fikirlərini bölüşüblər.

 

Konfransda professor-müəllim heyəti, doktorantlar və tələbələr iştirak ediblər.

 



08.05.2021 | 17:38