“Heydər Əliyev və Azərbaycan elmi”

Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunda  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda elmi seminar keçirilib.

        

İnstitutun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli Ulu öndərin Azərbaycanın dövlətçilik tarixindəki yeri və rolundan danışıb.
        

Qeyd edib ki, Heydər Əliyev dövlət başçısı kimi çox unikal bir şəxsiyyət olub, onun anandangəlmə istedadı və bacarığı siyasətdə lider kimi formalaşmasında böyük rol oynayıb. Ümummilli liderin ikinci dəfə xalq tərəfindən respublika rəhbərliyinə dəvət edilməsi ərəfəsində baş  vermiş ictimai-siyasi prosesləri xarakterizə edən institut direktoru bildirib ki, ölkə onun peşəkar idarəçiliyi sayəsində xaosdan qurtularaq müstəqil və sabit inkişaf yoluna qədəm qoyub. Azərbaycançılıq ideologiyasının dövlət tərəfindən dəstəklənməsi siyasətinin Ulu öndərin adı ilə bağlı olduğunu qeyd edən alimin sözlərinə görə, 1993-cü ildən Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ilə bütün Azərbaycan xalqının- dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, vahid dövlətçilik ətrafında birləşdirilməsi nəticəsində ölkəmizdə ümummilli birlik təmin edilib.
        

 

Qeyd olunub ki, Heydər Əliyevin Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti və bu siyasətin əsasında dayanan azərbaycançılıq ideyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

        

Sonra institutun Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski “Ümummilli lider və Azərbaycanda elmin inkişafı” mövzusunda məruzəsini təqdim edib.

        

 



09.05.2021 | 13:29