MDU-da Ümummilli lider Heydər Əliyevə həsr olunan mühazirələr

Mingəçevir Dövlət Universitetində (MDU) tələbə və magistrantlar üçün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən mühazirələr keçirilib.

 

MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Mirzə Cavadov “Heydər Əliyev: Zirvələri fəth edən nadir şəxsiyyət”, baş müəllim İlham Məmmədov “Milli tariximizin Heydər Əliyev erası: Dirçəlişdən tərəqqiyə və zəfərə doğru” mövzularında çıxış ediblər.

 

Məruzələrdə Azərbaycanın böyük oğlu, müasir və müstəqil dövlətimizin memarı Heydər Əliyevin zəngin həyat yolundan, titanik siyasi fəaliyyətindən, ölkəmizin hərtərəfli inkişafında və dünyaya tanıdılmasında göstərdiyi misilsiz xidmətlərdən bəhs edilib. Dünyanın bir çox nüfuzlu  tarixi şəxsiyyətləri və dövlət xadimləri ilə müqayisələr aparılaraq Ulu öndərin hələ sağlığında canlı əfsanəyə çevrildiyi bildirilib.

 

Eyni zamanda, bütün varlığı qədər sevdiyi Azərbaycanı intibah və tərəqqi yoluna çıxaran, adını qızıl hərflərlə yeni tariximizə yazan əbədiyaşar liderin siyasi kursunun hazırda uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Ümumilli liderin layiqli siyasi varisi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü siyasi iradəsi və müdrik rəhbərliyi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərdən danışılıb.

 

Mühazirələr tələbə və magistrantlar tərəfindən böyük maraqla qarşılanıb və onların çoxsaylı sualları cavablandırılıb.

 

 



10.05.2021 | 11:21