“35 uşağa 35 ağac əkək” aksiyası

Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar “35 uşağa 35 ağac əkək” adlı aksiya keçirilib.

 

Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurası və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə universitetin müəllim və tələbə heyəti yaxından iştirak edib.  

 

Qeyd edək ki, universitetin ictimai-sosial həyatında fəallıq göstərən BMU Qadınlar Şurası həm universitet daxilində, həm də kənarda mütəmadi olaraq müxtəlif  aksiyalar təşkil etməklə  yanaşı, bir sıra  layihələrin həyata keçirilməsində də aktiv rol oynayır.

 

 



10.05.2021 | 15:39