"İnsan alverinə qarşı mübarizə"

Azərbaycan Dövlət Pedaqoji Universitetində Tələbə Gənclər Təşkilatının  (ADPU TGT) təşkilatçılığı ilə "İnsan alverinə qarşı mübarizə" adlı tədbir keçirilib.

 

Tədbirdə Azərbaycan Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə mövzu ilə bağlı tələbələrə ətraflı məlumat verib, iştirakçıları  maraqlandıran sualları cavablandırıb.

 

70 nəfərədək tələbənin qatıldığı görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb. İnsan alverinin cəmiyyətin çox böyük bəlası olduğu və bu bəlanın cəmiyyəti fəlakətə sürüklədiyi bildirilib, insan alverindən qorunmağın və onunla mübarizənin yolları açıqlanıb.

 



16.05.2021 | 13:20