Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb

Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının ilk turunun nəticələri bəlli olub.

 

Olimpiadanın ilk turunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 7 000-ə yaxın beşinci sinif şagirdi iştirak edib.

 

Nəticələrə əsasən, 1 489 məktəbli 17,75 baldan yuxarı nəticə göstərərək, olimpiadanın final mərhələsinə vəsiqə qazanıb.

 

Bilik yarışının ilk turunda şagirdlər 2 saat (120 dəq) vaxt ərzində məntiqi təfəkkürə dair 30 test sualını cavablandırıblar.

 

Qeyd edək ki, olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

 

 



16.05.2021 | 12:10